“Qırmızı şeytanlar”la müqavilə ərəfəsində

“Bavariya”nın müdafiəçiləri Matteys de LiqtNussayr Mazraui “Mançester Yunayted”ə keçidini tamamlamaq ərəfəsindədir.

Allsport.az saytı xəbər verir ki, münxenli futbolçuların tibbi müayinədən keçmək, Mançesterə uçmaq və “qırmızı şeytanlar” ilə müqavilə imzalamaq üçün, yerli hava limanına gəlişinin 2 videosunu yayımlayıb.

Daha əvvəl İngiltərə klubunun de Liqt üçün “Bavariya”ya 45 milyon avro (üstəlik 5 milyon avro bonus), Mazraui üçün isə 25 milyon avro ödəyəcəyi bildirilirdi.

Hər 2 futbolçu əvvəllər “Mançester Yunayted”in hazırkı baş məşqçisi Erik ten Haqın rəhbərliyi altında “Ayaks”da birgə çıxış ediblər.

Həmin kateqoriyadan