“Qızıl top”u ona layiq gördü

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti, “Qızıl top”u almağa layiq olan futbolçunun adını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o buna Vinisiusu layiq görüb:

“O, çox istedadlı futbolçudur və yaxşı mövsüm keçirib. Vini hələ də inkişafa açıq olan oyunçudur. Karvaxal da yaxşı idi, üstəlik, Avropa çempionatının qalibi oldu. Belligem də ötən mövsümü əla keçirən futbolçular sırasındadır. O, la lqanın ən yaxşısı ifi.

Rodri həm də fantastik yarımmüdafiəçidir, ardıcıllıq baxımından ən yaxşılarından biridir”.

Ötən mövsüm Vinisius “qalaktikosda”da 39 matçda iştirak edib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan