- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Araz-Naxçıvan” premyer liqanın 5-ci turunda səfərdə “Sumqayıt”a 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “al qurdlar”ın məşqçisi Rasim Ramaldanov bunu söyləyib:
“Sumqayıtda oynamaq hər zaman xoşdur. Azarkeşlər gözəl ab-hava yaradır. Dinamik və hücumameyilli futbol oynadıq. Futbolçulara təşəkkür edirəm, bu gün sona qədər mübarizə apardılar. Qoldan sonra bir qədər müdafiəyə diqqət yetirdik. “Sumqayıt”a qarşıdakı oyunlarda uğurlar arzulayıram.
Millinin rəsmi oyunlarına görə çempionatda yaranacaq fasilə bizim üçün də fürsət olacaq. Çünki düzəldilməsi lazım olan nöqsanlar, çatışmazlıqlar var, onların uzərində işləyəcəyik.
Mümkün qədər xal ehtiyatınızı artırmalıyıq. Yekunda avrokubok zonasına düşə bilsəm, şad olarıq”.