- Baxış sayı: 47
- 23 Mart 2026 10:57
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

NBA-də pley-off mübarizəsi aparan “Qolden Steyt Uorriorz” ciddi itki ilə üzləşib.
Allsport.az xəbər verir ki, komandanın 23 yaşlı basketbolçusu Mozes Mudi “Dallas”la (137:131) matçda sol dizindən ağır zədə alıb.
Diz qapağı bağları qopan gənc oyunçu üçün cari mövsüm vaxtından əvvəl bitib.
Mudi bu mövsüm keçirdiyi 60 oyunda orta hesabla 12,1 xal və 3,3 ribaundla karyerasının ən yaxşı göstəricisinə imza atmışdı. Hazırda “Uorriorz” 34 qələbə ilə qərb konfransında 10-cu pillədə qərarlaşıb.