- Baxış sayı: 21
- 25 Mart 2026 14:22
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

“Atletiko Madrid” futbolçusu Antuan Qrizmann karyerasını okeanın o tayında davam etdirəcək.
Allsport.az xəbər verir ki, ABŞ-nin “Orlando” klubu fransalı hücumçu ilə müqavilə imzaladığını rəsmən elan edib.
35 yaşlı futbolçu 2025/26 mövsümü başa çatdıqdan sonra yeni komandasına qoşulacaq. Tərəflər arasında 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Qrizmann “Atletiko” tarixinin ən yaxşı bombardiridir. O, Madrid təmsilçisində 2014-2019-cu illərdə çıxış etdikdən sonra iki mövsüm “Barselona”nın şərəfini qorumuş, daha sonra yenidən sevimli komandasının düşərgəsinə qayıtmışdı.
Antuan klub karyerası ərzində İspaniya kuboku və superkuboku, həmçinin Avropa liqası və UEFA superkubokunun qalibi olub.