- Baxış sayı: 7
- 05 Mart 2026 14:24
- Baxış sayı: 73
- Mart 02, 2026
- 0

“Atletiko” klubunun hücumçusu Antuan Qrizmann karyerası ilə bağlı qərarını dəyişib.
Allsport.az xəbər verir ki, fransalı forvard ABŞ-nin “Orlando Siti” klubuna keçidini cari mövsümün sonunadək təxirə salıb.
Buna paytaxt təmsilçisinin İspaniya kubokunun finalına vəsiqə qazanması səbəb olub. Baş məşqçi Dieqo Simeone və klub rəhbərliyi təcrübəli oyunçunun mövsümü titulla başa vurmasında maraqlıdırlar.
Beləliklə, Qrizmann MLS-ə yollanmazdan əvvəl diqqətini kubokun finalına yönəldəcək.