- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Qarabağ”ın baş məşçqisi Qurban Qurbanov U-21 millimizə uduzduqları yoxlama matçı (2:4) haqqında danışıb. Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis klubun saytına açıqlamasında deyib:
“Həmişə hər oyuna maksimum konsentrasiya ilə, diqqətlə çıxmağı istəmişəm və tələb eləmişəm. Ehtiyacımız olan hazırlıq xarakterli matç idi. Fikrimcə, bu qarşılaşmada bizə lazım olanı əldə etdik. Milli komandalarda olan futbolçularımızın zədəsiz qayıtmasını gözləyirik.
Aprelin 3-4-nə kimi bir yoxlama oyunu da keçirə bilərik. Bəzi futbolçuların hazırlıq çatışmazlıqları var. Onları və mikrozədələri bərpa etməyə çalışacağıq. Əlimizdə olan futbolçularla hazırlaşıb, gözləyəcəyik”.