- Baxış sayı: 9
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Sabah “Qarabag” İspaniyada “Sevilya” klubunun qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, bu gün komandamızın baş məşqçisi Qurban Qurbanovun və futbolçu Xayme Romeronun oyunun keçiriləcəyi “Ramon Sançes Pisxuan” stadionunda mətbuat konfransı oldu:
“Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib növbəti mərhəlini özünə təmin edib. Bütün 90 dəqiqə var gücümüzlə çıxış edəcəyik. “Sevilya” basqı etməyi xoşlayır. Matçboyu hücum edir və oyunu nəzarətdə saxlamağı xoşlayır.
Bizə gəlincə, öz dəsti-xəttimizə sadiq qalacağıq. Sabah daha az səhv edib düşündüyümüzü etsək, istəyimizə nail ola bilərik. Bir daha söyləyirəm, rəqib pressinqi sevir. O üzdən intizamlı olmağa çalışacağıq.”
“Köhlən atlılar”ın ispaniyalı yarımmüdəçisi bildirdi ki, rəqibin gücü bəllidir: “Növbəti mərhələyə çıxmaq üçün xal qazanmalıyıq. Bundan sonra sonun nəylə bitəcəyini gözləməliyik. “Qranada”da çıxış edəndə, müəyyən səbəblərdən bu stadionda oynaya bilməmişəm. Bir ispaniyalı kimi, burda mübarizə aparmaq şərəfdir. 10-na yaxın ailə üzvü də bu görüşü meydanda canlı izləyəcək”.
Kamran HACI, Sevilya