- Baxış sayı: 197
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 197
- Dekabr 05, 2025
- 0

Premyer liqada 20-ci turun “Keşlə” – “Qarabağ” oyunundan (0:2) sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib. Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis yaxşı oynadıqlarını deyib:
“Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyun oldu. Hər iki komanda mübarizə apardı. Get-gedə hər bir komandanın oyununu inkişaf etdirdiyini görürük. Bizim üçün asan olmadı. Vacib 3 xal qazandıq. Hər oyuna belə motivasiya və istəklə çıxmalıyıq”.