- Baxış sayı: 182
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 182
- Dekabr 05, 2025
- 0
Karyerasını başa vuran “Qarabağ”ın keçmiş yarımmüdafiəçisi Miçel marseillenews.net saytına açıqlama verib. Allsport.az xəbər verir ki, 35 yaşlı futbolçu “karyeranda sənin üçün xüsusi ilə seçilən biri kimdir” sualını belə cavablandırıb:
“Manolo Presiado (“Sportinq”in (Xixon) keçmiş baş məşqçisi) məni futbola gətirən adamdır, mənə çox dəstək verdi. Onunla şəxsi əlaqələr qurduq və dost olduq. Digər məşqçi isə “Qarabağ”dakı Qurban Qurbanovdur. O, mənim futbolçu kimi inkişaf etməyimə kömək oldu. Qurban Qurbanov mənə fədakarlığın nə olduğunu öyrətdi. O, məşqlərdən zövq alır, vaxtının çox hissəsini komanda ilə keçirirdi”.
Miçel 2015-2019-cu illər aralığında “Qarabağ”da çıxış edib.