Qurban Qurbanov: “Oyunu ən azından bərabərliklə bitirə bildik”

Avropa liqasının qrup mərhələsinin sonuncu – VI turunda Bakıda Lüksemburqun “Düdelanj” klubu ilə heç-heçə edən (1:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis görüş barədə fikirlərini bildirib: “Bizim üçün o qədər də yaxşı olmayan nəticə qeydə alındı. Ancaq hamımız bir yerdə olduq. Bütün azarkeşlərə təşəkkür edirəm. Maraqlı oyun oldu. Meydanda hər şeyi gördük. Həm qol oldu, həm qırmızı vərəqə. Futbolçulara təşəkkür edirəm ki, sona kimi nəticəni dəyişmək üçün mübarizə apardılar. Şükürlər olsun, matçı ən azından bərabərliklə bitirə bildik”.

Həmin kateqoriyadan