Qurban Qurbanov: “Qarşıdakı 3 oyun nəticəni göstərəcək”


“Qarabağ”ın baş məşqçi Qurban Qurbanov premyer liqasının 25-ci turunda “Keşlə”yə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri görüş barədə bunu söyləyib:

“Futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardılar. Rahat qalib gəldiyimiz düşünülə bilər, ancaq asan oyun olmadı. İlk qoldan sonra “Keşlə” təzyiq etdi. Onlara gələcək oyunlarda uğurlar arzu edirəm. “Neftçi” ilə bağlı fikir yoxdur.

Biz özümüzü göstərmək üçün futbol oynamırıq. Bu hesablar dünya futbolunda da çox olur. Ən vacib oyunlarda da belə qələbələr olur. Hər oyunda daha da istəkli olmalıyıq. Yanvardan sonra bildirmişdim ki, hamı xal itirə bilər.

Qarşıdakı 3 oyun nəticəni göstərəcək. Hər komanda xallar uğrunda mübarizə aparır, hamı nəticə üçün oynayır. Bizim hər birimiz üçün çətin olacaq. Bunlara hazır olmalıyıq”.

Həmin kateqoriyadan