- Baxış sayı: 35
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 148
- Noyabr 28, 2024
- 0
Premyer liqada 1-ci turun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:
“Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Bu komandaya qarşı sona qədər mübarizə aparmaq əhəmiyyətli idi. İki yoxlama oyunu keçirmişdik və rəqibin gücünə bələd idik. Dörd gün sonra vacib oyunumuz var, amma bütün diqqətimiz bu matçda idi. Onlara təşəkkür edirəm ki, meydanda bunu göstərdilər.
Yeni transfer ola bilər. Ancaq alınıb-alınmayacağını dəqiq deyə bilməyəcəm. Əvvəl də qeyd etdiyim kimi, transfer prosesi o qədər də asan deyil. Belə durumda kimisə razı salmaq çətin olur. Bir çox futbolçu ölkəsindən kənara çıxmaqda ehtiyat edir. Hər bir halda, yeni transfer ola bilər”.
Qurbanov çempionlar liqasının 2-ci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə qarşılaşacaqları matçdan da danışıb:
“Bu rəqiblə iki dəfə qarşılaşıb, mərhələni keçsək də, bizim üçün asan olmamışdı. Rəqibin oyununa baxmışam. 17 əcnəbisi var idi, birini də aldılar, səv etmirəmsə. İstəkli komandadır. Ciddi və intizamlı olmalıyıq”.