- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ” qitə liqasının “İ” qrupunun 2-ci turunda ölkədəki hərbi durumla əlaqədar İspaniya “Vilyarreal”ı ilə “Başağşəhər Fateh Tərim” stadionunda üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov bu gün mətbuat konfransında bütün oyunları səfərdə keçirməyin çətin olduğunu söyləyib:
“Oyun Bakıda olmalı idi, lakin Türkiyədə keçiriləcək. Qardaş ölkədə olduğumuz üçün sevincliyik. “Vilyarreal”ın necə komanda olduğunu bilirik. Təcrübəli rəqibə qarşı oynayacağıq. Ölkəmizdən kənarda oynamaq bir az çətindi. Siyasət futbola da təsir edib. Hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni yerinə yetirir.
Biz də “Qarabağ” komandası olaraq öz vəzifəmizi düzgün yerinə yetirmək istəyirik. Bizim fikrimiz cəhbədə və əsgərlərimizin yanında olsa da, çalışırıq ki, işimizi layiqincə görək. Türkiyədə özümüzü evdə hiss edirik. Bu, bizə böyük üstünlükdü. İnanıram ki, yaxın vaxtda torpaqlarımız geri qayıdacaq”.