- Baxış sayı: 26
- 31 Mart 2026 13:58
- Baxış sayı: 679
- Mart 30, 2026
- 0

Ölkə kubokunun yarımfinalının cavab oyununda “Qarabağ” öz meydanında “Qəbələ”yə 2:1 qalib gəlsə də, səfərdə 0:1 yenildiyindən rəqabəti dayandırdı. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bunu söylədi:
Qurban Qurbanov: “Rəqibi təbrik edirəm. Hər zaman demişəm ki, kubok oyunları çempionatdan fərqlənir. Futbolçularımızda arxayınlıq görmədim. Düşünürəm ki, yaxşı oynadıq. 2-ci hissədə də üstün tərəf idik. Sadəcə, son dəqiqələrdə diqqətli olmalıydıq”.