- Baxış sayı: 26
- 29 Noyabr 2024 16:14
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 14-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçla bağlı bunu deyib:
“Hamımız futbol üçün darıxmışdıq. Koronavirus pandemiyasına görə narahatlıq var idi ki, birdən çempionat dayanar. İnşallah, bu xəstəlik tez bitər və azarkeşlərimiz stadiona qayıdar.
Vacib oyuna çıxmışdıq. İstirahətdən qayıdılıb deyə, istədiyin oyunu meydanda görə bilmirsən və buna görə nəticə qazanmaq vacib olur. Rəqib bu gün fərqli sistemlə oynadı.
Nə qədər çətin olsa da, futbolçularım işlərinin öhdəsindən gəldilər. Vaxt getdikcə daha yaxşı olacağıq”.