- Baxış sayı: 26
- 31 Mart 2026 13:58
- Baxış sayı: 678
- Mart 30, 2026
- 0

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi ilə 200-cü çempionat qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, bu, 26-cı turunun “Zirə” ilə səfər oyununa təsadüf edib. 2008-ci ildən “Qarabağ”ı çalışdıran Qurbanov, 11 ildə komandasını premyer liqada 340 oyuna çıxarıb.
Bunların 200-də qələbə qazanan komanda, 84 heç-heçə edib və 56 dəfə uduzub. Qurbanovun premyer liqa karyerasındakı ümumi qələbə sayı 218-dir. “Zirə” – “Qarabağ” matçı Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.