- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 300-cü qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, yubiley Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
Öz meydanında “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi 49 yaşlı mütəxəssislə yubiley uğuruna imza atıb.
2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 543 matça çıxarıb. Qələbələrdən 223-ü premyer liqaya, 34-ü ölkə kuboku, 43-ü avrokuboklara təsadüf edib.