- Baxış sayı: 13
- 01 Aprel 2026 16:20
- Baxış sayı: 810
- Mart 30, 2026
- 0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Şaviş” klubunun futbolçusu Kevin Medinanın mümkün transferi haqda danışıb. Allsport.az xəbər verir ki, o, “CBC Sport”a açıqlamasında kolumbiyalı müdafiəçinin keçidi üçün işlərin tamamlandığını deyib:
“Bir neçə ay əvvəl həm Medina, həm də klubu ilə danışılmışdı. Hələ o vaxtdan razılıq əldə olunmuşdu. Demək olar ki, bu iş tamamlanıb” .
27 yaşlı futbolçu bu mövsüm II Liqa təmsilçisi “Şaviş”də 16 oyuna çıxıb.