- Baxış sayı: 73
- 31 Oktyabr 2024 19:37
- Baxış sayı: 121
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qəbələ”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikrini bildirib. Allsport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, o, komandası barədə bunları deyib:
“Bütün ümidimiz ölkə kubokunadır. Ona görə də “Qəbələ” ilə oyuna ciddi hazırlaşırıq. Amma bu, çempionatdan tamamilə əlimizi üzdüyü anlamına gəlməməlidir. Qarşıda qələbə qazanmalı olduğumuz oyunlar var. Kubok isə, bizə avrokuboklara vəsiqə qazanmaq imkanı verəcək”.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” matçı aprelin 27-də keçiriləcək və saat 19:00-da start götürəcək.