“Rəqib azarkeşlər çox mədəni idi. Həm “Aberdin”, həm də baş məşqçisi özünü alicənab aparırdı”

“Futbolçularımı təbrik etmək istəyirəm. Dünən də bildirmişdim ki, ağır yol gəlmişik, çox çətin oyunlardan çıxmışıq. Futbolçular belə qələbəni haqq edirdilər”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov konfrans liqasının pley-ofunda Şotlandiyada “Aberdin”ə 3:1 qalib gəldikləri cavab oyunundan sonra, mətbuat konfransında deyib.

O, stadiondakı ovqatına möhtəşəm olduğunu söyləyib: “Azarkeşlər də çox mədəni idi. Həm komanda, həm də baş məşqçiləri özlərini alicənab aparırdı. “Aberdin”ə və onların azarkeşlərinə uğurlar və daha yaxşı nəticələr arzulayıram. Sonda öz “Qarabağ”lılarımı, azərbaycanlılarımı təbrik edirəm. Həqiqətən çox möhtəşəm qalibiyyət oldu”.

Həmin kateqoriyadan