- Baxış sayı: 58
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0

“Çox sevinirəm ki, ikinci medalı qazandım və bu, “qızıl” oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim”. Allsport.az xəbər verir ki, bu fikirləri Tokio-2020 yay paralimpiya oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib.
400 metr məsafəyə qaçışda 55 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyan idmançı Tokiodakı yarışa uzun müddət hazırlaşdığını bildirib: “Bu, hələ başlanğıcdır. Biz 2024-cü ildə Parisdə yay paralimpiya oyunlarına hazırlaşacağıq. Əminəm ki, oradada ölkəmi layiqincə təmsil edəcəyəm”.
Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda gümüş medala sahib çıxıb.