- Baxış sayı: 88
- 24 Aprel 2025 09:37
- Baxış sayı: 69
- Aprel 24, 2025
- 0
«Ötən il mənim üçün uğurlu keçdi. İlin əvvəlində Tehranda keçirilən dünya kubokunda baş mükafata sahib çıxdıq. Sentyabrda ABŞ-ın Las Veqas şəhərində təşkil olunan dünya çempionatında qızıl medal qazındım».
Bu açıqlamanı allsport.az saytına yunan-Roma güləşçisi Rəsul Çünayev dedi. Titullu bahadır bildirdi ki, 2016-cı ildə əsas hədəfi Rio oyunlarına lisenziya qazanıb həmin yarışlarda uğurlu çıxış etməkdir:
«Dünya çempionu adına 71 kq-da yiyələndim. Bu çəki dərəcəsi olimpiya oyunlarına vəsiqə vermir. Məqsədim, çəkimi dəyişməkdir. Fikrimcə, 66 kq-da vəzifəmin öhdəsindən gələcəyəm. Olimpiya oyunlarında işrak hər bir idmançının arzusudur. Hazırda yaxşı formada olarkən, bu fürsətdən niyə istəfadə etməyim».