- Baxış sayı: 23
- 04 Fevral 2026 12:09
- Baxış sayı: 152
- Fevral 02, 2026
- 0
Bu gün gecə saatlarında olimpiyaçılarımız okeanın o tayına yola düşdülər. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yolasalma mərasimində yunan-Roma güləşi üzrə millimizin üzvü Rəsul Çunayev (66 kq) KİV-ə açıqlama verdi. Dünya çempionunun sözünə görə, çəkisinin dəyişməsi onun Rio-2016-da çıxışına təsir göstərməyəcək:
«Mən əvvəl də 66 kq-da güləşmişəm. Sonra məsləhət bilindi ki, çəkimi qaldıram. Elə böyük uğurlarım da 71 kq-da oldu. İndi yenə öncəki, olimpiya çəkimə qayıtmışam. Amma bu, Braziliyada zəif çıxış edəcəyimə dəlalət etmir. Rio-2016-ya yaxşı hazırlaşmışam. Qismət. Bunun çox önəmi var. Çalışacağam ki, olimpiadadan medalla qayıdam».