YENİLƏNİB
Rəsul Çunayev də bürünc medal qazandı

Rio-2016-da yunan-Roma güləşçilərin mübarizəsi davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün  66 və 98 kq çəkilərdə “klassiklər”in qalibləri müəyyənləşəcək. Ölkəmizi gərgin mübarizədə yalnız Rəsul Çunayev təmsil edir. O, 66 kq-da 1/16 finalda kubalı Migel Martines Palasionun ardından, rus və əlcazairli həmkarlarına da qalib gələrək, yarımfinala çıxıb. Finala çıxışda gözlənilmədən Mehran Arutunyana uduzan bahadırımız, 3-cü yer uğrunda gorüşdə koreyalı Hansu Ryunu vaxtından əvvəl üstələyib; Sabah Şəriətidən (130 kq) sonda millimizə 2-ci bürüm medalı qazandırıb.

66 kq

Bürünc medal görüşü – Hansu Ryu (KOR) – Rəsul Çunayev 0:8
1/2 final – Mehran Arutunyan (ARM) – Rəsul Çunayev 4:1
1/4 final – Tarix Əziz Benaissa (ALG) – Rəsul Çunayev 2:10
1/8 final – İslambəy Albiyev (RUS) – Rəsul Çunayev 2:3
1/16 final – Migel Martinez Palacio (CUB) – Rəsul Çunayev 2:4

Həmin kateqoriyadan