“Rəvan”dan təkzib bəyanatı

“Rəvan” ukraynalı qapıçısı Konstantin Maxnovskinin Azərbaycan pasportu alması barədə yayılmış xəbərlərlə bağlı bəyanat yayıb. Allsport.az sizi həmin bəyanatla tanış edir:

“Bu gün Ukrayna və Azərbaycan mətbuatında “Rəvan” PFK-nın qapıçısı Konstantin Maxnovskinin milliləşdirilməsi ilə bağlı xəbərlər yer alıb.

“Rəvan” PFK olaraq bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. K.Maxnovskinin agenti Aleksandr Pankov “İnstagram” səhifəsində sadəcə olaraq, dostları ilə zarafat edib və “Maxnovski Azərbaycan pasportu alıb. Onu təbrik edib, Azərbaycan yığmasında uğurlar arzulayaq” – yazıb. Ukraynalı jurnalistlər isə heç bir dəqiqləşdirmə aparmadan, bu cür əsasız xəbər yayıblar”.

Həmin kateqoriyadan