- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Nurgün” Şirkətlər Qrupunun vitse-prezidenti, ötən ilin əvvəlinədək “Rəvan“ın prezidenti vəzifəsini tutan Müşfiq Səfiyevin üzərində zorakılıq olmayan meyiti dünən saat 17:00 radələrində Salyan Olimpiya İdman Kompleksinin mehmanxanasında aşkarlanıb. Allsport.az virtualaz.org-a istinadən xəbər verir ki, Şirkətin Salyandakı fəaliyyəti ilə əlaqədar rayona gələrək həmin mehmanxanada qalan Səfiyev qapının döyülməsinə və telefon zənglərinə cavab verməyib. Bunu görən otel işçiləri onun qaldığı otağa pəncərədən daxil olarkən, şirkət rəsmisinin meyitini görüblər. O, artıq çoxdan keçinibmiş.
Mərhumun cəsədinin ətrafına istifadə etdiyi dərmanlar da səpələnibmiş. 50 yaşlı Müşfiq Səfiyev yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün beyninə qan sızdığı ehtimal olunur. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Mərhum tanınmış şair Əli Vəkilin oğludu. M.Səfiyevin Salyanda iri maldarlıq təsərrüfatı ilə məşğul olduğu da deyilir. Onun Salyan və Neftçala rayonları ərazisində iri maldarlıq ferması olub. Həmin fermalarda Avropadan idxal olunmuş cins inəklər bəslənirmiş.