- Baxış sayı: 34
- 21 Yanvar 2025 22:11
- Baxış sayı: 178
- Yanvar 19, 2025
- 0
Bü gün qadın voleybolçulardan ibarət «Rabitə» klubu Avropa Çempionlar Liqasının «A» qrupunda ikinci matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, 6-qat ölkə çempionu evdə Qazan «Dinamo»sunu qəbul edir.
İlk görüşdə səfərdə Polşa «Ximik»inə 0:3 uduzaraq sensasiya edən Dejan Brdjoviçin komandasının doğma divarlar arasında, bu yarışın qızıl medalçısı ilə heç də asan olmayacağı ehtimal olunur.
Birinsi setdə «Rabitə» ilk 2 texniki fasiləyə öndə yollansa da, sonradan təşəbbüsü rəqibə verib. Növbəti hissə qarşılıqlı hücumlar şəraitində keçib. Sonda yenə rəqib fərqlənib.
3-cü setdə Dejan Brdjoviçin komandası 16:14 öndə olsada, «Dinamo» ardıcıl toplarla hesabı bərabərləşdirib. Gərgim mücadilədə ev sahibələri set fərqini azalda bilib.
4-cü hissədə «Rabitə» xeyli öndə olsada, Çempionlar Liqasının son qalibi hesabı yenidən bərabərləşdirib – 16:16. Amma setin axırlarında toparlanan ölkə çempionumuz, görüşdə tarazlıq yaradıb.
Tay-brek başabaş gedib. Hissənin ortasında komandamız təşəbbüsü ələ alaraq, oyunda son nöqtəni qoyub.
Avropa Çempionlar Liqası, 2-ci tur
26 noyabr, “A” qrupu
17:00. “Rabitə” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya) – 3:2 (22:25, 23:25, 28:26, 25:21, 15:9)
Hakimlər: İvan Lazareviç (Serbiya), Dobromir Dobrev (Bolqarıstan)
Bakı. “Sərhədçi” Olimpiya İdman Mərkəzi