- Baxış sayı: 41
- 19 Yanvar 2025 14:22
- Baxış sayı: 169
- Yanvar 19, 2025
- 0
Bu gün qadın voleybolçuların Super Liqasında 14-cü turun matçları keçirilib. Allsport.az saytı xəbər verir ki, mərkəzi görüş «Lokomotiv» və «Rabitə» arasında olub. 8-qat ölkə çempionu köhnə-yeni baş məşqçi Zoran Qayiçlə qələbə qazanıb. «Dəmiryolçular» yalnız ilk setdə rəqibə ciddi müqavimət göstərib – 0:3 (25:27, 16:25, 17:25).
Avropa Çempionlar Liqasının pley-off mərhələsində İtaliya “Yamamay” klubuna uduzan «Azəryol» da hesabat turuna yeni baş məşqçi ilə çıxıb. Jeremi Estesin komandası autsaydler «Telekom»u üstələyib – 3:1 (25:23, 25:13, 22:25, 25:19).