- Baxış sayı: 207
- 19 Mart 2026 23:59
- Baxış sayı: 207
- Mart 19, 2026
- 0

Tokio olimpiadasında növbəti müjdə sədası gəlib.
Allsport.az saytı xəbər verir ki, bu gün yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) 3-cü yer uğrunda görüşdə ermənistanlı Karapet Çalyanla üz-üzə gəlib.
İlk hissəni 0:1 geridə bitirən 2-qat Avropa çempionumuz, növbəti yarıda fəallığını artırıb. Buna görə və rəqibin kobud çıxışına görə hesabına ardıcıl xallar yazdıran Rafiq, olimpiya millimizə 3-cü bürünc medalı qazandırıb.
Hüseynovun 33 yaşı var. Bu Tokio-2020 onun ilk və sonuncu olimpiadasıdır.