- Baxış sayı: 78
- 07 Mart 2025 21:38
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
Türkiyə PTT 1-ci liqasında 19-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası – “Dənizlispor” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Bucaspor”la qarşılaşıb. Oyun həmyerlimizin komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Rail oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Dənizlispor” 17 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.