- Baxış sayı: 102
- 21 Oktyabr 2025 19:23
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0
Türkiyə PTT 1-ci Liqasında 21-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası – “Dənizlispor” da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “Osmanlıspor”la qarşılaşıb. Oyun 0:0 hesabıyla başa çatıb. Rail matçın 80-ci dəqiqəsində mübarizəyə qoşulub.
Qeyd edək ki, “Dənizlispor” hazırda 18 xalla 16-cı pillədə qərarlaşıb.