- Baxış sayı: 21
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Dinamo”nun sabiq baş məşqçisi Dmitri Xoxlovun köməkçisi olmuş Yuri Nikiforov “Sport-Ekspress”ə müsahibəsində millimizin üzvü Ramil Şeydayevin Moskva klubundakı çıxışından danışıb.
Allsport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Şeydayevin “Dinamo”da özünü göstərməsi üçün ustalığının çatmadığını deyib:
“Ramili azad agent statusu ilə heyətimizə qatdıq, başqa variantımız yox idi. Ramilin şikayət etməsi günah oalrdı. İlk 3 turda meydanda oldu. Çox cəhd etsə də, qol vura bilmədi. Bunun üçün ustalığı çatmadı. O, “Zenit-2″də və Rusiyanın gənclər millisində bombardir olsa da, “Dinamo” fərqli səviyyədir”.
Nikiforov Şeydayevə görə baş məşqçi Dmitri Xoxlovla mübahisə etməsini xatırlayıb:
“Ural”la matçdan öncə baş məşqçiyə meydana Vyaçeslav Qrulyovu buraxmağı təklif etdi. Ancaq Xoxlov Şeydayevi oynadacağını dedi. Uzun müddət danışdıq, mübahisə etdik, onu fikrindən daşındıra bilmədim. Belə hallarda son qərarı baş məşqçi verir.
Növbəti gün Xoxlova haqlı olduğunu dedim. “Dinamo” “Ural”ı 2:0 yendi, Şeydayev isə irəli xəttdə böyük həcmdə “qara iş” gördü, 2-ci qolu yaratdı. Topu cərimə meydançasına qədər aparıb, qol ötürməsi elədi”.
“Dinamo” Ramil Şeydayevlə müqaviləni qış fasiləsində ləğv edib. 23 yaşlı hücumçu hazırda azad agent statusu daşıyır.