- Baxış sayı: 13
- 31 Mart 2026 13:03
- Baxış sayı: 636
- Mart 30, 2026
- 0

Rusiya premyer-liqasında 16-cı turdan təxirə salınmış bir oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, yığmamızın hücumçusu Ramil Şeydayevin yer aldığı “Krılya Sovetov” səfərdə “Orenburq”a 1:3 yenilib.
Futbolçumuz görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu məhz həmyerlimiz vurub. O, 12-ci dəqiqədə penaltidın fərqlənib.
Samara təmsilçisi 24 xalla 11-ci pillədə qərarlaşıb.