- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Azərbaycan çempionatları tarixində ən çox quru oyun keçirən qapıçı Rauf Mehdiyevdir. Allsport.az xəbər verir ki, karyerası ərzində “Tərəqqi”, “Azəri”, “Neftçi”, “Fərid”, MOİK, “Şəmkir”, “Qarabağ”, “Bakı”, “Olimpik”, “Simurq” və “Karvan” klublarının şərəfini qoruyan qolkiper 137 matçda qapısını toxunulmaz saxlayıb.
2-ci göstəriciyə Hüseyn Məhəmmədov malikdir. Onun aktivində 120 belə görüş var. “100” səddini adlayan ilk qapıçı Nizami Sadıqov 3-cü sırada yer alıb – 111. Daha üç əlcək sahibi 100 və daha çox quru oyun keçirməyə müvəffəq olub. Bunlar Fərhad Vəliyev, Cahangir Həsənzadə və Elxan Həsənovdur. İlk “onluq”da yer alanlardan heç biri cari mövsüm premyer liqada çıxış etməyib.
Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə ən çox quru oyun keçirən qapıçı Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) 9 dəfə qapısını toxunulmaz saxlayıb.
Ən çox quru oyun keçirən 10 qapıçı:
1. Rauf Mehdiyev – 137
2. Hüseyn Məhəmmədov – 120
3. Nizami Sadıqov – 111
4. Fərhad Vəliyev – 110
5. Cahangir Həsənzadə – 108
6. Elxan Həsənov – 107
7. Kamran Ağayev – 96
8. Camaləddin Əliyev – 85
9. Elşən Poladov – 84
10. Nadir Şükürov – 83.