“Real” Karvahala əvəzləyici tapıb

“Real” artıq bu yay yeni oyunçular almayacaq.

Allsport.az xəbər verir ki, bu yaxınlarda komandanın baş məşqçisi Karlo Ançelotti açıq şəkildə Madrid klubunun transfer siyahısının artıq bağlandığını bildirib.

Eyni zamanda, “kral klubu” uzunmüddətli perspektiv haqqında düşünür. Klub gələcəkdə artıq gənc olmayan müdafiəçi Dani Karvahalı əvəz edə biləcək oyunçu tapmaq istəyir. Buna görə də, “Real” diqqətini “İnter”in futbolçusu Denzel Dumfrisə yönəldib. Niderlandlı futbolçunun Milan klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonunda başa çatır ki, bu da onu daha yaxşı namizəd edir.

Həmin kateqoriyadan