- Baxış sayı: 7
- 27 Mart 2026 21:10
- Baxış sayı: 23
- Mart 27, 2026
- 0

“Real” hazırda PSJ-də çıxış edən mərakeşli müdafiəçi Əşrəf Hakimini komandaya qaytarmağı düşünür.
Allsport.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.
Hakimi “kral klubu”nun yetirməsidir. Mərakeşli futbolçu Madriddə möhkəmlənə bilməyib və 2020-ci ildə Milan “İnter”inə gedib. O, 2021-ci ildən Paris nəhəngində oynayır.