“Real Madrid”dən ayrılacaq

“Real Madrid”in hücumçusu Vinisius Junior rəhbərliyə komandanı tərk etməyə hazır olduğunu bildirib.

Allsport.az xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu müqaviləsinin müddətinin uzadılması ilə bağlı məsələ aprelədək həllini tapmayacağı təqdirdə Madrid təmsilçisindən ayrılmaq niyyətindədir.

Hazırda vingerin xidmətində PSJ yaxından maraqlandığı qeyd olunur.

Vinisius Juniorun “kral klubu” ilə hazırkı sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub. Cari mövsümdə “Real”ın heyətində 31 rəsmi matça çıxan futbolçu 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan