- Baxış sayı: 10
- 31 Mart 2026 13:03
- Baxış sayı: 635
- Mart 30, 2026
- 0

Sentyabrın 19-da “Red Bull Neymar Jr’s Five” futbol turnirinin milli finalı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, çempionluq uğrunda həlledici mərhələ Heydər Əliyev mərkəzinin parkında olacaq və saat 14:00-da başlayacaq.
Son olaraq Gəncədə turnirin seçim mərhələsi keçirilib. Nizami yurdunda 100-ə yaxın komanda iştirak edib və milli finala vəsiqə uğrunda mübarizə aparıb. Turnirin qaydalarına əsasən, buraya 2 komanda vəsiqə qazanıb. Bunlar “5Plus” və “Viva” komandalarıdır.
15 sentyabrda Bakı seçimlərində iştirak edən 20 komanda arasında sportster meydançasında püşkatma ilə daha 2 finalçı müəyyənləşəcək. Püşkatma @redbullaz İnstaqram səhifəsində canlı yayımlanacaq.