- Baxış sayı: 44
- 20 Mart 2026 22:44
- Baxış sayı: 139
- Mart 19, 2026
- 0

“Red Bull”un pilotu Yuki Tsunoda Yaponiya qran prisində geyinəcəyi dəbilqəni təqdim edib.
Allsport.az xəbər verir ki, idmançı fotoları sosial şəbəkədəki səhifəsində paylaşıb.
“Ev qran prisi üçün Kabukidən ilhamlanmış dəbilqə” deyə Tsunoda yazıb.
Kabuki ənənəvi yapon teatrının növlərindən biridir.
Tsunodanın hazırda üç xalı var. Yapon sürücü ümumi sürücülər sıralamasında 13-cüdür.

