- Baxış sayı: 36
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 787
- Mart 30, 2026
- 0

İngiltərənin “Vulverhempton” klubunun U-23 komandası “Birmingham County Senior Challenge Cup”da növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, “canavarlar” “Tivideyl” ilə qarşılaşmada 6:0 hesablı qələbə qazanıb. Azərbaycan millisinin üzvü Renat Dadaşov oyunda 2 qol vurub.
20 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda keçirib. “Vulverhempton” Renatı yenidən icarəyə vermək üçün klub axtarır.