Renatı vaxtından əvvəl göndərdilər

Portuqaliyanın “Pasuş de Ferreyra” klubu millimizin üzvü Renat Dadaşovla yolunu ayırıb.

Allsport.az xəbər verir ki, 20 yaşlı forvard müqavilə ilə məxsus olduğu İngiltərə premyer liqa təmsilçisi “Vulverhempton”a qayıdıb.

“Pasuş de Ferreyra” icarəyə götürdüyü hücumçunu fayda vermədiyi üçün 6 ay öncə göndərməyə qərar verib.

Raul Ximenes, Dioqu Yota, Patrik Kutrone, Pedru Netu kimi hücumçuları olan “Vulverhempton” Renat Dadaşovu icarəyə verəcək.

Həmin kateqoriyadan