- Baxış sayı: 40
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 40
- Dekabr 05, 2025
- 0

Azərbaycan millisinin üzvü Renat Dadaşovu “Vulverhempton”a qaytaran Portuqaliyanın “Pasuş de Ferreyra” klubu yeni hücumçu alıb.
Allsport.az xəbər verir ki, yüksək liqa klubu Braziliyanın “Atletiko Mineyro” klubunun forvardı Denilsonu 18 aylıq icarəyə götürüb. 24 yaşlı futbolçu mövsümün ilk hissəsini Portuqaliyanın “Tondela” klubunda keçirib.
Denilson 2016-cı ildə “Neftçi”də icarə əsasında çıxış etmişdi. O, “ağ-qaralar”da 9 oyuna 1 qol vurmuşdu.