- Baxış sayı: 54
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Gənclər və idman naziri Azad Rəhimov və milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə əsaslı təmir işlərindən sonra respublika olimpiya mərkəzi ilə tanış olublar. Allsport.az saytı xəbər verir ki, ROM-un zirzəmi hissəsində, 1-ci və 2-ci mərtəbələrində söküntü aparılıb və yenidən təmir edilib.
Manejin pilləkanları mərmər piltələrlə üzlənib, metal, metal-plastik və Avropa tipli qapılar, metal-plastik pəncərələr və alüminium vitrajlar quraşdırılıb, döşəmələr hissəsində metlax tavalar, keromoqranit döşəmələr və laminat, idman zalında poliment örtük, rezin örtük, xüsusi idman örtüyü vurulub, uzununa tullanma idman növü üçün kvars qumu qoyulub.
Dam örtüyündə metal konstruksiya rənglənib, sinklənmiş metaldan aralıqlar vurulub, sendviç panel örtüyü, su axıdan borular və qıflar quraşdırılıb, eyvan hissəsində isə döşəməyə ruberoid ilə izolyasiya edilib, daxili bəzək işləri görülüb. ROM-da bir ədəd sauna, zal hissəsində isə guşə quraşdırılıb.
Mərkəzin fasadının çirklərdən təmizlənməsi, üzlük daşlarının üzlərinin cilalanması, tarket suvaq, sement suvaq, boya, əhəng daşlar ilə sütunlar və qarnizlər vurulub, bəzək elementləri görülüb.
Manejin elektrik təchizatı və güc avadanlığı, elektrik işıqlanma, sahə daxili işıqlanma, su təchizatı və kürbənd sistemi, soyuq və yanğına qarşı su sistemi, isti su, kanalizasiya, istilik-ventilyasiya, isitmə, kondisionerləşdirmə, ventilyasiya, videomüşahidə, telekommunikasiya, yanğın siqnalizasiya və səs gücləndirici sistemləri quraşdırılıb, turniket, əlillər üçün qaldırıcı qurğu, əl-üz yuyan, çaşa, su qızdırıcı cihazlar qoyulub.
Mərkəzin asfalt, səki daşları və bardurları sökülərək yenisi ilə əvəz olunub, həyətyanı sahəsində dekorativ kollar və ağaclar əkilib.