- Baxış sayı: 52
- 27 Fevral 2026 15:51
- Baxış sayı: 118
- Mart 01, 2026
- 0

Albaniyanın paytaxtı Tiranada güləş üzrə “Məhəmməd Malo” turniri davam edir.
Allsport.az xəbər verir ki, reytinq turnirinin 4-cü yarış günündə 4 güləşçimiz mübarizə aparıb və onlardan 2-si fəxri kürsüyə qalxıb.
63 kq
Murad Məmmədov (63 kq) 1/8 finalda iranlı Əli Nurayiyə 3:8 hesabıyla məğlub olub. Ziya Babaşov albaniyalı Mikel Tropliniyə (8:0), iranlı Əli Nurayiyə (4:1) və qazaxıstanlı Yernur Fidəhmədova (7:3), Sakit Quliyev isə amerikalı İldar Hafizova (9:0), qazaxıstanlı Bakitjan Kabdilə (7:1) və norveçli Morten Toresenə (11:0) qalib gələrək finala yüksəlib. Həmyerlilərimiz həlledici görüşdə üz-üzə gəlib. Sakitə ilk xal prinsipinə əsasən (1:1) qalib gələn Ziya reytinq turnirinin qalibi olub.
67 kq
Məhəmməd Şükürzadə belaruslu Qleb Makarankaya ilk xal prinsipinə əsasən (1:1) qalib gəlsə də, 1/4 finalda qazaxıstanlı Meirjan Şermaxanbetə 0:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan həmyerlimiz ekvadorlu Andres Arroyonu tam üstünlüklə (12:3) yolundan kənarlaşdırıb. Məhəmməd bürünc medal uğrunda gürcüstanlı Coni Xetsuriani ilə güləşib və 1:2 hesabıyla məğlub olub.
Bununla da reytinq turnirində medallarımızın sayı 6-ya çatıb.