- Baxış sayı: 41
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 138
- Noyabr 28, 2024
- 0
“Səbail”in qapıçısı Aleksandr Rıbka Ukrayna mətbuatına açıqlama verib.
Allsport.az xəbər verir ki, 32 yaşlı qolkiper paytaxt təmsilçisindən ayrılıb, karyerasını ölkəsində davam etdirəcəyi barədə yayılan xəbərləri təkzib edib: “Belə xəbərlərə inanmayın. Mənim klubumla 1,5 illik müqaviləm var. Burada hər kəs mənə hörmətlə yanaşır. Klub rəhbərliyi və məşqçilər heyəti ilə münasibətim yaxşıdır. Ancaq mənə təklif göndərilsə, onu nəzərə ala bilərəm. Azərbaycanda xoşbəxtəm. Lakin ailəmə yaxın olmaq istəyirəm”.
Qapıçı komanda yoldaşı Maykl Essyendən də danışıb: “Maykl Essyenin nə qədər məvacib aldığını bilmirəm. Düşünürəm ki, o, bura pul üçün gəlmədi. Futbolu sevir və daha çox oynamaq istəyir. Əminəm ki, pul onun üçün maraqlı deyil. Etiraf edirəm ki, qaldığımız oteldə Essyenlə təkcə pişiklər şəkil çəkdirmirdilər. Əvvəlcə heyət onun Essyen olduğuna inanmırdı. Ancaq sonra cəsarətlərini toplayıb, avtoqraf almaq üçün yaxınlaşdılar. Essyen sakit və ünsiyyətcil uşaqdır”.