Rişarlison üçüncü oldu

“Tottenhem”in hücumçusu Rişarlison İngiltərə premyer liqasında 100 məhsuldar xal toplayan üçüncü braziliyalı futbolçu olub.

Allsport.az xəbər verir ki, bu əlamətdar hadisə XXX turun “Liverpul” – “Tottenhem” (1:1) oyununda baş verib.

“Enfild” stadionunda keçirilən görüşün 90-cı dəqiqəsində qol vuran Rişarlison aktivindəki xalların sayını 100-ə çatdırıb.

Hazırda forvardın hesabında 73 qol və 27 məhsuldar ötürmə var. Braziliyalı oyunçular arasında bu göstəricidə o, yalnız iki nəfərdən geri qalır:

  1. Roberto Firmino (“Liverpul”un sabiq üzvü) – 132 xal (82 qol, 50 ötürmə)
  2. Qabriel Jesus (“Arsenal”) – 118 xal (78 qol, 40 ötürmə)

Bu bərabərlikdən sonra “Liverpul” 49 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Tottenhem” isə 30 xalla 16-cı yerdədir.

Həmin kateqoriyadan