Riyera əsas namizəddir

“Ayntraxt Frankfurt”un baş məşqçi postuna əsas namizəd Albert Riyeradır.

Allsport.az xəbər verir ki, hazırda Sloveniyanın “Selye” klubunu çalışdıran 43 yaşlı ispan mütəxəssislə danışıqlar artıq yekun mərhələsindədir.

Frankfurt təmsilçisinin idarə heyətinin üzvü Aksel Hellmann yeni təyinatla bağlı razılığın əldə olunmaq üzrə olduğunu təsdiqləyib.

Dino Topmöllerin istefasından sonra namizədlər arasında adı hallanan Marko Roze və Yakob Neestrup kimi variantlar alınmadığı üçün klub rəhbərliyi Riyera üzərində dayanıb.

“Ayntraxt” bir neçə gün əvvəl Bakıda çempionlar liqası çərçivəsində “Qarabağ”a 2:3 hesabı ilə məğlub olmuşdu.

Həmin kateqoriyadan