- Baxış sayı: 24
- 01 Aprel 2026 10:58
- Baxış sayı: 799
- Mart 30, 2026
- 0

“Kayserispor”un baş məşqçisi Robert Prosineçki Azərbaycan millisini çalışdıracağı ilə bağlı xəbərlərə münasibət bildirib. Allsport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis iddiaları təkzib edib:
“Bunu kimin yazdığını bilmirəm. Bunların heç biri olmayıb. Azərbaycandan heç kimlə əlaqə qurmamışam. Çıxan xəbərlər həqiqət deyil”.
Xorvat çalışdırıcı 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.