- Baxış sayı: 43
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində “au-ulduzlular”ımızla eyni qrupda mübarizə aparacaq milli komandaların oyunlarını izləmək üçün Fransada səfərdə olan baş məşqçi Robert Prosineçki Avro-2016-nın “D” qrupunda Sent-Etyen şəhərində keçirilmiş Çex Respublikası – Xorvatiya matçını izləyib.
Allsport.az xəbər verir ki, bu qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Millimiz DÇ-2018-in seçmə mərhələsində Çex Respublikası ilə bu il oktyabrın 11-də səfərdə qarşılaşacaq, 2017-ci il oktyabrın 5-də isə ev oyunu keçirəcək.